Sosial
Azercell-in növbəti fəxri təqaüdçüsü adını sən də qazan!
Şirkət öz ənənəsinə sadiq qalaraq, bu il də ən istedadlı tələbələrə yeni imkanlar təqdim etməkdə davam edir.
Yeni tədris ilinin başlanması ilə ölkənin lider mobil operatoru Azercell Telekom sentyabrın 15-dən bütün tələbələr üçün növbəti Təqaüdü Proqramına start verir. Bu əhəmiyyətli proqramı həyata keçirməklə Azercell şirkəti təhsilində müvəffəqiyyət əldə edən yüksək potensiallı tələbələrə xüsusi qayğı göstərmək, onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmağı məqsəd tutur. Belə ki, proqramın bütün seçim mərhələlərini uğurla adlayan tələbələr cari təhsil müddətinin sonuna qədər şirkət tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaq. Lakin, Azercell-in istedadlı tələbələr üçün təqdim etdiyi üstünlüklər yalnız təqaüdlə bitmir. Gənclər bu proqram çərçivəsində, eyni zamanda, telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edə biləcəklər.
Bu il Tələbə Təqaüdü Proqramı Bakı və Bölgə ali təhsil müəssisələri ilə yanaşı, SABAH qruplarında təhsil alan tələbələr üçün də keçiriləcəkdir. Müraciət etmək üçün tələbələr şirkətin rəsmi veb səhifəsinə (www.azercell.jobs) daxil olub qeydiyyatdan keçməlidirlər. Ərizələr yalnız onlayn formada qəbul edilir.
Müraciətlərin son qəbul tarixi - 2017-cı il, 15 oktyabrdır.
Azercell şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 130-dan çox tələbə şirkətin fəxri təqaüdçüsü adına layiq görülüb. Həmin tələbələr təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin yardımı ilə gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar.
Tələbə Təqaüdü proqramı Azercell şirkətinin korporativ sosial məsuliyyət fəaliyyətinin vacib tərkib hissəsi olaraq gələcək nəslin inkişafı və rahat şəkildə təhsil almasında əhəmiyyətli rol oynayır.
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət