Sosial
Azərbaycanda sovet dövrünün abidələrindən ibarət park yaradılsın - TƏKLİF
Azərbaycanda sovet dövrünün abidələrindən ibarət parkın yaradılması təklif edilib.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
O bildirib: "Mən vaxtilə Bakıda sovet dövrünün abidələri dağıdılanda təklif etmişdim ki, o abidələri yığsınlar. Həmin abidələr yığılsın və ayrıca park düzəldilsin. Uşaqları o parka apararaq sovet tarixini göstərsinlər. Bildirsinlər ki, bizə 11-cı Ordunun xilaskarımız olduğunu deyiblər, amma bunlar bizim xilaskarımız olmayıb, onlar Azərbaycanı işğal ediblər. Yaxud Azərbaycanın başqa siyasi xadimləri olub ki, o dövrdə onlar qəhrəman sayılıblar, adlarına küçələr verilib. Amma dövr dəyişib. Cumhuriyyət qurucularının adlarını demək sovet dövründə qadağan edilmişdi. Əsas odur ki, biz tarixi gələcək nəsillərə olduğu kimi çatdıraq”.
R.Hüseynov qeyd edib ki, Polşada “Dekommunizasiya haqqında” qanun qəbul edilib: "Yəni, kommunizmin yaşamasını göstərən abidələrin dağıdılması nəzərdə tutulur. Biz o abidələrin dağıdılmasının əleyhinəyik. Rusiyanın Dövlət Duması da buna ayrıca öz etirazını bildirəcək. Bu tarixdir, ona toxunmaq olmaz”.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!