Çörək sexindən külli miqdarda pul oğurlandı - VİDEO
Bizi izləyin

Sosial

Çörək sexindən külli miqdarda pul oğurlandı - VİDEO

Abşeronda çörək sexindən oğurluq edilib. Saray qəsəbəsindəki obyektin ofisinə girən naməlum şəxslər seyfdən 6 min 500 manat və 450 dollar pul götürüblər. Onlar müşahidə kamerasının yaddaş kartını da sökərək özləri ilə aparıblar.

Publika.az bildirir ki, çörək sexindən külli miqdarda pul oğurlanıb.

Hadisə ötən gecə Abşeronun Saray qəsəbəsində baş verib. Naməlum şəxs və ya şəxslər Rauf Həsənova məxsus çörək sexinin pəncərəsinin dəmir barmaqlıqlarını qıraraq içəri daxil olublar. Onlar ofisdəki seyfi sındırıblar və içərisindəki pulu aparıblar.

Obyektə daxil olan şəxslər müşahidə kamerasının yaddaş kartını da sökərək özləri ilə götürüblər.

Məsələ ilə bağlı polisə də məlumat verilib və barmaq izləri götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Mövzu ilə bağlı daha ətraflı Xəzər TV-nin videosüjetini təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm