Azər Tağıyev vəzifəsindən azad edildi - Vəkillər Kollegiyasına yeni sədr seçiləcək - (YENİLƏNDİ)
Bizi izləyin

Sosial

Azər Tağıyev vəzifəsindən azad edildi - Vəkillər Kollegiyasına yeni sədr seçiləcək - (YENİLƏNDİ)

Azərbaycan Vəkillər Kollegiyasının sədri Azər Tağıyev vəzifəsinin icrasını müavini Fərhad Nəcəfova həvalə edib.

Bu barədə Fərhad Nəcəfov məlumat verib. O deyib ki, A. Tağıyev səhhəti ilə bağlı vəzifəsinin icrasının ona həvalə edilməsinə dair əmr imzalayıb: "Bunu istefa kimi təqdim etmək düzgün deyil. Azər Tağıyev müvafiq əmr imzalayıb. Kollegiyaya sədr Rəyasət Heyətinin konfransında seçilir".

Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev isə deyib ki, bununla bağlı rəsmi məlumat yayacaqlar. O, iclas barədə ətraflı məlumat vermək istəməyib. (apa)

***

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin sədri Azər Tağıyevin vəzifəsindən azad olunub.

Bu barədə VK-nın Rəyasət Heyətindən məlumat verilib.

Belə ki, dünən, sentyabrın 27-də Kollegiyanın Rəyasət Heyətinin iclası keçirilib. İclasda A.Tağıyevin Rəyasət Heyətinə ünvanladığı müraciətə baxılıb. A.Tağıyev müraciətində səhhəti ilə bağlı sədrlikdən getmək istədiyini bildirib. A.Tağıyev səhhəti ilə bağlı iclasda iştirak etməyib. Onun müraciətinə baxılıb və A.Tağıyev VK-nın Rəyasət Heyətinin sədri vəzifəsindən azad olunub.

Yeni sədr seçilənə qədər sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edəcək.

A.Tağıyevin beş illik səlahiyyət müddəti bu ilin dekabr ayında bitəcəkdi.

Bu il dekabr ayında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin konfransı keçiriləcək. Konfransda Rəyasət Heyətinin üzvləri və Heyətin yeni sədri seçiləcək. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm