"Azərbaycanda Aşura günü qanvermə aksiyası digər ölkələrdə nümunə kimi istifadə edilir"
Bizi izləyin

Sosial

"Azərbaycanda Aşura günü qanvermə aksiyası digər ölkələrdə nümunə kimi istifadə edilir"

Bildiyiniz kimi, hər il Aşura günü Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə qanvermə aksiyası keçirilir və bu artıq ənənə halını alıb.

Publika.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib.

O bildirib: "Qanvermə aksiyasının keçirilməsində əsas məqsəd ondan ibarətdir ki, bəzi məscidlərdə zaman-zaman qançıxarma hərəkətlərini görürdük və bu qanvermə aksiyası ilə Azərbaycanda bu cür hərəkətlərə artıq, demək olar ki, yol verilmir. Qan çıxarmaq istəyən insanlar qan verməklə öz vəzifələrini yerinə yetirirlər".

M.Qurbanlı qeyd edib ki, Azərbaycanda həyata keçirilən bu təşəbbüs artıq digər müsəlman ölkələrində də həyata keçirilməyə başlayıb.

Onun sözlərinə görə, Aşura QMİ-nin verdiyi fətvaya uyğun həyata keçirilir: "QMİ, o cümlədən DQİDK nümayəndələri yerlərdə Aşura təbirlərinin keçirilməsində iştirak edirlər".

O qeyd edib ki, bu saata qədər hər hansı bir insident qeydə alınmayıb: "Ola bilər ki, hər hansı bir xırda məsələlər olsun, amma bu ümumilikdə proseslərə təsir edən məsələlər deyil".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm