• USD 1,7000 0,00% EUR 1,9961 0,00%
    • GBP 2,3335 0,00% RUB 0,0234 0,00%

Mehriban Zeynalova: "Qərb mediası Azərbaycana qarşı piar qurmaq üçün fürsət axtarır"

  • Sosial
  • 3 Oktyabr 2017 17:55
  • 824 Baxış
Mehriban Zeynalova: "Qərb mediası Azərbaycana qarşı piar qurmaq üçün fürsət axtarır"

“Şəxs öz vəziyyətilə bağlı məlumatlıdırsa, müalicə üçün qeydiyyatdadırsa və buna rəğmən müalicədən imtina edərək cəmiyyətə ciddi təhlükə yaradırsa, bu istənilən ölkədə cinayət hesab olunur”.

Bu sözləri Qərb mediasının Azərbaycan əleyhinə yazdığı materiallara münasibət bildirən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

O, Publika.az-a Qərb mediasının zaman-zaman bu kimi materiallarla Azərbaycana qarşı təxribat hazırladığını dilə gətirib.

Onun sözlərinə görə, Qərb ölkələrinin bu kimi mövzuları hədsiz dərəcədə qabartması təzad yaradır. Çünki bir sıra Avropa ölkələri həkim arayışı, sağlamlıq kağızı olmayanda vətəndaşları öz ölkəsinə buraxmır. Halbuki eyni yanaşmaya qalsa, bu da insan haqqlarına ziddir:

“Bilirsiz, məsələ medianın münasibətindən başlayır. Son günlərdə mediada saxlanılan cinsi azlıqlarla bağlı xəbərlər təhrif olunaraq təqib və diskriminasiya kimi qiymətləndirilib. Bu informasiyanın əsası yoxdur. Çünki onların “Gendər və Tərəqqi” adlı öz təşkilatları var. Bu məsələni dəqiqləşdirmək məqsədilə mən dərhal onlarla əlaqə saxlayıb mənbə öyrənməyə çalışdım. Çünki informasiyanın əsas mənbəyi onlardı. Onlar bu barədə şikayətin daxil olmadığını dedilər. O ki qaldı cinsi azlıqların xəstəlik daşıyıcıları olmasına, bu da tənzimlənir. Əgər şəxs vəziyyəti ilə bağlı məlumatlıdırsa, müalicə üçün qeydiyyatdadırsa və buna rəğmən müalicədən imtina edirsə, bu istənilən ölkədə cinayətdir. Amma şəxsin yoluxucu xəstəlik daşıyıcısı olduğu haqqında heç bir məlumatı yoxdursa, heç bir yerdə qeydiyyatda deyilsə, onlar cinayət məsuliyyətinə cəlb oluna bilməz. Amma cinsi azlıqların içərisində kifayət qədər aqressiv münasibət sərgiləyənlər var. Artıq belə olan halda təbii ki, məsuliyyətə cəlb olunmalıdırlar. Çünki bu artıq onun şəxsi vəziyyəti ilə əlaqəli deyil. Birbaşa qanun pozuntusudur və hamı kimi onların da məsuliyyətə cəlb olunması normal prosedurdur".

M.Zeynalova bildirdi ki, bu cür məsələləri cinsi azlıqlara təqib, təzyiq kimi qəbul edənlər çox yanlış düşünürlər:

"Mən bayaq da vurğuladım, məsələ bu mövzunun mediaya təqdim olunmasından başlayır. Çünki Qərb mediası üçün fürsət lazımdır ki, Azərbaycan əleyhinə qərəzli yazılar dərc etsin. Biz Şərq ölkəsində yaşayırıq və bizim cəmiyyət baş verənlərə Qərb təfəkkürü ilə yanaşa bilməz. Amma insanlar arasında mədəni səviyyəsi olduqca aşağı olan şəxslər də var. Cinsi azlıqların həyatı tək gecə başlamır. Ölkədə normal şəkildə, cəmiyyətdə heç bir problem yaşamadan həyatını davam etdirən cinsi azlıqlar var. Onlar elə də əlçatmaz deyillər. Onların özləri ilə əlaqə saxlayıb məlumat almaq olar. Heç biri özünə qarşı təzyiq və təqib olduğunu düşünmür. Ola bilər ki, bəzi cinsi azlıqlar müştəri toplamaq üçün və digər səbəblərdən qanun pozuntusuna, ictimai asayişin pozulmasına səbəb olur. Dediyim kimi, bu hallar digər vətəndaşlara da tətbiq edilən qanun normaları ilə tənzimlənir”.

Xatırladaq ki, polis orqanlarının əməkdaşları tərəfindən sentyabrın 15-dən 30-dək cinsi azlıqlarla bağlı əməliyyat tədbiri həyata keçirilib. Nəticədə 83 nəfər saxlanılıb. Müayinə zamanı məlum olub ki, onlar dəri-zöhrəvi və müxtəlif (“AİDS”, “HİV”, “sifilis”, “kəskin uretrit, candida albikas və trixomonias”, “Hepatit HVC”) xəstəliklərinin daşıyıcılarıdırlar.

Könül Cəfərli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR