• USD 1,7000 0,00% EUR 2,0014 -0,31%
    • GBP 2,3463 -0,22% RUB 0,0234 -0,43%

Bu qəsəbələri su basdı: sürüşmə sahələri aktivləşəcək - AÇIQLAMA

  • Sosial
  • 5 Oktyabr 2017 14:00
  • 808 Baxış
Bu qəsəbələri su basdı: sürüşmə sahələri aktivləşəcək  - AÇIQLAMA

“Son günlər yağan intensiv yağışlardan sonra respublikanın bir sıra ərazilərində evləri və həyətləri su basıb. Yaxın günlərdə artıq sürüşmə sahələrinin də aktivləşməsi gözlənilir”.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Planalma Eksperdisiyasının baş geoloqu Rasim Niftəliyev deyib.

Onun sözlərinə görə, subasma hallarının başlıca səbəbi yağan leysan yağışlarla deyil, şəhərsalmadakı səhvlərlə bağlıdır:

“Leysan yağışları təbii hadisədir. Lakin şəhərsalmadakı səhvlərə görə yağış kollektorları lazımi səviyyədə suları apara bilmir. Buna görə də, yeni salınan bir sıra yaşayış məntəqələrində subasma halları qeydə alınır. Hazırda Binəqədi rayonu, Yeni Ramanı Şuşa şəhərciyi hissəsində, Kürdəxanı, Binə qəsəbəsində, Savalanda sakinlər həyətyanı sahələri və zirzəmilərinin subasmasından əziyyət çəkirlər. Çünki yeni yaşayış məntəqələrində yağış kollektorları lazımi səviyyədə deyil, su ötürücüləri düzgün yerləşdirilməyib. Bu ərazilərdə subasma hallarının əksəriyyəti antopogen mənşəlidir. Düzdür, təbii amillər də var, leysan xarakterli yağışlar səbəbindən yamaclarda sxurlar islanaraq sürüşməyə səbəb olublar”.

R.Niftəliyev yaxın günlərdə sürüşmə sahələrinin artacağını bildirib:

“Hələ ki, sürüşmə sahələri ilə bağlı dəqiq məlumatlar yoxdur. Bakı və Abşeron ərazisində subasma halları daha çoxdur. Lakin bununla yanaşı yaxın günlərdə sürüşmə sahələrinin aktivləşməsi barədə məlumatlar toplanacaq. Hazırda respublikanın cənub və şimal hissəsində daimi sürüşmə zonaları, xüsusilə Şamaxı istiqamətində, Ağsu aşırımında sürüşmə sahələri var. Hələ ki onlar kiçik sahələrdir. Artıq süxurlarda tam islanma prosesi baş verib. Yaxın günlərdə sürüşmə sahələrinin aktivləşəcəyini proqnozlaşdırırıq”.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR