Tanınmış jurnalist tikinti şirkətini məhkəməyə verdi - 1 milyon dollar təzminat
Bizi izləyin

Sosial

Tanınmış jurnalist tikinti şirkətini məhkəməyə verdi - 1 milyon dollar təzminat

Son zamanlar sosial şəbəkələrdə maraqlı paylaşımları ilə diqqət çəkən tanınmış jurnalist Azər Qərib “Altes” tikinti şirkətini məhkməyə vermək qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə feysbuk hesabında yazan jurnalist tikinti ilə yanaşı, dərman satışı ilə də məşğul olan şirkətdən 1 milyon dollar təzminat tələb edəcəyini bildirib.

A.Qəribin həmin statusunu təqdim edirik:

“Yaxın oturun, söhbət var.

Deməli, belə bir prinsip mövcuddur, mən onu çox sevirəm, çünki ömrüm elə belə keçib və keçir, həyatımda problemlər yaratsa da - deyir, mən müharibə istəmirəm, amma müharibədən də qorxmuram.

Bu “Altes” ki var, bütün danışıqlarımızı puç etdi və mən qərara gəldim.

Yalnız özüm üçün deyil, yalnız qonşularım üçün deyil, tikinti şirkətləri tərəfindən aldanan bütün vətəndaşların maraqları naminə belə qənaətə gəlmişəm ki, qanun çərçəvəsində məhkəməyə müraciət edim.

Bu səbəbdən, gənc, iddialı, siyasət qoxusu olan proseslərdə iştirak etməyən vəkil axtarıram ki, “Altes” şirkətinə qarşı mənəvi kompensasiya tələbi irəli sürüm. Qonşularım qoşulsalar da, sağ olsunlar, qoşulmasalar da, fərq etməz, fərdi qaydada hərəkət edəcəm, faktlar çoxdur.

Bir millyon civarında məbləğ düşünürəm, nə qədər udsam, xeyriyə işlərinə, xəstə uşaqlara, qaçqın ailələrinə xərclənəcək qəpiyinə qədər.

Həmin prosesin informasiya dəstəyini öz üzərimə götürürəm, sözümü deyəcəm, bunlar centlmenlik nə olduğunu bilmirlər, yalan danışmaqla və insanları aldatmaqla, yəni haram yolla para qazanırlar.

Mənə səbr diləyin. Yeri gəlmişkən, Altes yalnız tikinti ilə deyil, dərman alveri ilə də məşğuldur və bu haqda da suallar çoxdur, amma sözüm onda yox.

Nəyi soruşacaqdım, o düz söhbətdir ki, kişi o adama deyirlər ki, sözünün ağası olsun?”

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm