Sosial
Pensiyalar artırılacaq - Bu dəfə artım daha çox ola bilər - VİDEO
Növbəti ildən əmək pensiyalarındakı artımlar hər zamankından daha çox ola bilər. Çünki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaların məbləğinin indeksləşdirilməsi ilə bağlı layihəni ilin sonunadək Prezident Administrasiyasına təqdim etməyə hazırlaşır.
Publika.az bildirir ki, bu barədə məlumat verən nazir Səlim Müslümov dəyişikliklərdən sonra pensiyanın baza və sığorta hissəsi anlayışlarının ortadan qalxacağını və bütün pensiya məbləğinin indeksləşdiriləcəyini deyib.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, bu yenilik pensiyaçılara bir sıra üstünlüklər verəcək.
Vüqar Bayramov onu da bildirir ki, yeni sistemin digər üstünlüyü ondan ibarət olacaq ki, pensiya yaşı bitmiş, ancaq pensiya ödənişlərini bitirməyən şəxslər sonradan əlavə vəsait ödəməklə istədikləri vaxt pensiya ala biləcəklər.
Əgər təkliflər qəbul olunarsa yeniliklərin gələn ildən tətbiq ediləcəyi gözlənilir. Onu da qeyd edək ki, hazırda dünyanın qabaqacıl ölkələrinin pensiya sistemindən məhz bütün pensiya məbləğinin indeksləşdirilməsi təcrübəsindən istifadə olunur.
Mövzu ilə bağlı daha ətraflı Xəzər TV-nin videomaterialını təqdim edirik:
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!