Zoologiya muzeyinə giriş PULLU OLDU
Bizi izləyin

Sosial

Zoologiya muzeyinə giriş PULLU OLDU

Zoologiya muzeyi ödənişli xidmət göstərəcək.

Zoologiya İnstitutundan Publika.az-a verilən məlumata görə, qərar qanunvericiliklə müəyyən edilən sahibkarlıq fəaliyyətinə uyğun olaraq tətbiq edilib.

Zooloji Muzeyin xidmətlərinin qiymətləri təsdiqlənib. Qiymətlər uşaqlar üçün 2 manat və böyüklər üçün 3 manat müəyyən olunub.

Məlumat üçün bildirək ki, Zooloji Muzeydə 257 növ onurğalı heyvan, o cümlədən 44 növ məməli, 116 növ quş, 36 növ sürünən, 13 növ suda-quruda yaşayan və 50 növ balıq eksponatları nümayiş olunur. Təbii heyvan müqəvvaları içərisində Azərbaycan faunasına, eyni zamanda, dünya faunasına aid nümunələr vardır. Azərbaycanın “Qırmızı Kitabı”na salınmış Xəzər qızılbalığı, adi zərdəpər, karelin tritonu, Qafqaz xaçlıcası, Aralıq dənizi tısbağası, Pallas təlxəsi, çəhrayı qutan, flaminqo, qızılquş, Qafqaz tetrası, Hindistan tirəndazı, qonur ayı, Xəzər suitisi, Avropa cüyürü, maral, ceyran kimi nadir növlərin eksponatları faunamızın növ müxtəlifliyi haqqında ətraflı təsəvvür yaradır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm