Sosial
II Bakı Şopinq Festivalına 400-dən çox ticarət obyekti qoşulacaq
II Bakı Ticarət Festivalına ("Baku Shopping Festival") 467 ticarət obyekti qoşulacaq.
Publika.az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda başlayacaq İkinci Şopinq Festivalının mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, noyabrın 15-dək davam edəcək festival çərçivəsində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən mağazalardan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər: "Həmin mallara “Tax Free” imkanı təqdim olunacaq. Bundan başqa, festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlərin təşkili də nəzərdə tutulur".
Əbülfəs Qarayev qeyd edib ki, turistlərin sayı ötən ilə nisbətən 25 faiz artıb:" Bu müsbət bir haldır. Keçən ilin sentyabr ayına nisbətən turist axını isə 7 faiz artıb. Azərbaycana səfər edən xarici turistlərin nağdsız ödəmələri 703 milyon manatı ötüb".
Qeyd edək ki, Bakı Şopinq Festivalının rəsmi tərəfdaşları Vergilər Nazirliyi, Azərbaycan Hava Yolları, ASAN xidmət və "Azəritürk" bankdır.
"Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 1 sentyabr 2016-cı il tarixli sərəncamı, eləcə də təsdiq etdiyi ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinə əsasən təşkil edilən Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək keçrilib.
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR