Sosial
Telefon xətlərinə qanunsuz daxil olmaq cinayət məsuliyyəti yaratmayacaq
Azərbaycanda telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma cinayət məsuliyyəti yaratmayacaq.
Publika.az report-a istinadən xəbər verir ki, bununla
bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif olunur.
Belə ki, məcəllədən 189-cu (Telefon xətlərinə qanunsuz daxil
olmaqla danışıqlar aparma) maddəsi çıxarılır.
Hazırda qanunvericilikdə yer alan maddəyə əsasən, abonentə məxsus
telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz daxil olmaqla
danışıqlar aparma, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla
törədildikdə 100 manatdan 500 manatadək miqdarda cərimə və ya 240
saatdan 300 saatədək ictimai işlər və ya 1 ilədək müddətə islah
işləri ilə cəzalandırılır.
Eyni hərəkətlər zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurduqda 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Bu əməl bundan sonra inzibati məsuliyyət yaradacaq. İnzibati
Xətalar Məcəlləsinin 360-cı (Telefon xətlərinə qanunsuz daxil
olmaqla danışıqlar aparma) maddəsinə əsasən, abonentə məxsus
telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz olaraq daxil
olmaqla, danışıqlar aparma, zərər çəkmiş şəxsə az miqdarda (1000
manatadək) ziyan vurmaqla törədildikdə 400 manatdan 600 manatadək
məbləğdə cərimə edilir.
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə
çıxarılacaq.
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub