Pərviz Şahbazov: “Konkret hədəflərimiz var”
Bizi izləyin

Sosial

Pərviz Şahbazov: “Konkret hədəflərimiz var”

Yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazov "Energetikalar günü" ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edib.

Publika.az xəbər verir ki, nazir bu gün Fəxri Xiyabanı, daha sonra Şəhidlər Xiyabanını ziyarət edib.

Jurnalistlərə açıqlama verən P.Şahbazov təbrikləri qəbul etdikdən sonra yeni vəzifəsində görəcək islahatlardan danışıb:

"Çalışacağıq ki, bizə göstərilən etimadı gələcəkdə də doğruldaq.Qarşımızda konkret hədəflər var. Azərbaycanda uzun illərdir ki, islahatlar aparılır. Bu islahatların nəticələri çox mötəbər təşkilatların hesabatlarda öz əksini tapır. Energetika sahəsində də bir çox çağırışlar var. Bu çağırışlara cavab vermək üçün hər zaman dəyişikliyə ehtiyac var. Əgər bu yolda dəyişiliyə, islahata ehtiyac olsa, biz buna gedəcəyik".

Nazir, həmçinin qeyd edib ki, Azərbaycan öz öhdəliklərinə çox ciddi yanaşır, OPEC qarşısında götürdüyü öhdəliyi yerinə yetirir:

"Noyabrda nazirlər səviyyəsində iclas olacaq. Əgər biz də dəvət edilsək və rəhbərlikdən razılıq alsaq, iştirak edəcəyik".

P.Şahbazov qeyd edib ki, Azərbaycan neft qiymətlərinin stabil olmasında maraqlıdır. O, həmçinin yol xəritələri ilə bağlı danışarkən deyib ki, bu xəritələrin reallaşmasında nazirliyin qarşısında bir sıra öhdəliklər qoyulub:

"Kommunal xidmət sahəsində nazirlik qarşısında cəmi 20 tədbirin keçiriməsi öhdəlik kimi qoyulub. Bu il üçün 8 tədbirin görülməsi nəzərdə tutulub".

Könül

Fotolar: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm