Sosial
Bakıda erməni bayrağı ilə dolaşan avtomobil KİMİNDİR? - RƏSMİ AÇIQLAMA
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) araşdırması nəticəsində Bakı küçələrində hərəkət edən “Mercedes” markalı 10-UU-550 dövlət nömrə nişanlı avtomobilin üzərindəki emblemin Ermənistan bayrağı olduğu təsdiqlənib.
Publika.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq idarənin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, həmin avtomobil Ermənistanda olan şirkət tərəfindən tüninq edilib: “Araşdırma nəticəsində məlum oldu ki, “Mercedes” markalı 10-UU-550 dövlət nömrə nişanlı avtomobil Şahin Xanaliyev adlı şəxsə məxsusdur. Həmin sürücü xaricdə yaşayır. Mənə dediyinə görə, avtomobili Bakıdakı avtosalonların birindən alıb. Özünün də avtomobilin üzərindəki bayrağın Ermənistan bayrağı olmasından xəbəri olmayıb. İddia etdi ki, guya bu, Ermənistanın deyil, Kolumbiyanın bayrağıdır. Avtomobilin üzərindəki nişanın şəklini mənə göndərməsini istədim, o, da göndərdi. Sonra araşdırdıq, məlum oldu ki, avtomobil Ermənistanda olan şirkət tərəfindən tüninq edilib. Üzərində Ermənistan bayrağı olan avtomobilin Azərbaycana necə gəldiyi məlum deyil. Çox güman ki, həmin avtomobil Azərbaycana Gürcüstandan gətirilib. Bu barədə onun özünə də dedik. Bildirdi ki, emblemi özü taxmayıb. Həmin emblemi qoparacağını dedi”.
V.Əsədov qeyd edib ki, müvafiq dövlət qurumları məsələ ilə bağlı araşdırma aparır.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü