Sosial
Bakıdan Kiyevə YENİ REYS: avtobusla
Noyabrın 9-dan həftənin 1-ci və 4-cü günləri Bakı-Xarkov-Kiyev reysi fəaliyyətə başlayacaq.
Bu barədə Publika.az-a Bakı Beynəlxalq Avtovağzal Kompleksindən məlumat verilib.
Məlumatda bildirilir ki, reysin yola düşmə vaxtı Bakı vaxtı ilə
saat 11:00-da olacaq. Gediş qiyməti 100 manat təşkil edir.
Beş yaşına qədər olan uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək
şərti ilə) pulsuzdur. Beş yaşından on yaşına qədər uşaqlar üçün
biletin qiymətinin 50%-i ödənilir. Sərnişinlər istədikləri
təqdirdə, beş yaşına qədər olan uşaqlar üçün də yarı qiymətinə
bilet əldə edə bilərlər.
Qiymətlər hər iki tərəfdən (həm Ukrayna, həm də Azərbaycan)
daşımaları həyata keçirən şirkətlərin razılığı əsasında müəyyən
edilib.
Biletlərin qiyməti müqavilədə iştirak edən şirkətlərin razılığı
əsasında və hər iki respublikanın müvafiq orqanları tərəfindən
təsdiq edilib.
Qeyd edək ki, Bakı-Xarkov-Kiyev reysi Rusiya Federasiyasının
ərazisindən keçməklə həyata keçiriləcək.
Avtobuslarda WIFI internet şəbəkəsi ilə təchiz edilib,Eyni zamanda
sərnişinlər yol boyu çay, kofe ilə təmin olunur. Biletləri 10 gün
öncədən kassadan və ya, online şəkildə əldə etmək olar.
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ