Sosial
“Ekran və efirdə ədəbi dil normaları” - FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Milli Televiziya və Radio Şurasının dəstəyi ilə keçirilən “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində Lider Televiziyasında növbəti təlim olub.
Publika.az-a Bilik Fondundan verilən məlumata görə, təlimdə Lider televiziyasında çalışan gənc aparıcı və reportyorlar iştirak ediblər.
AMEA, Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyevanın “Ekran və efirdə üslub xətalarının aradan qaldırılması” mövzusunda çıxışını iştirakçılar maraqla qarşılayıblar. Təlimçi ekran və efirdə üslub xətaları haqqında iştirakçılara ətraflı məlumat verib, konkret nümunələrlə gənc reportyor və aparıcıların nitqindəki üslubi qüsurları təhlil edərək, onların aradan qaldırılması yollarını göstərib.
İnteraktiv formada keçən təlimdə dosent S.Əliyeva iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı dinləyicilərin layihə ilə bağlı suallarını cavablandırıb. “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində telekanallarda keçirilən təlimlərdə AMEA-nın Dilçilik İnstitutunun mütəxəssisləri, Bakı Dövlət Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli professor və müəllimləri, eləcə də praktik jurnalistlər iştirak edirlər.
İlkin olaraq Xəzər Televiziyasından başlayan layihə Gəncənin Kəpəz Televiziyasında və Lider Televiziyasında uğurla davam etdirilir. Təlimə qatılan gənc jurnalistlərə dilçilik, nitq mədəniyyəti, televiziya və radio aparıcılarının iş xüsusiyyətləri ilə bağlı nəzəri bilgilər verilir, praktik məşğələlər tətbiq olunur.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...