• USD 1,7000 0,00% EUR 2,0547 +0,52%
    • GBP 2,3736 +0,55% RUB 0,0230 +0,43%

Bakıda yeni dələduz peyda oldu - VİDEO

  • Sosial
  • 31 Oktyabr 2017 00:34
  • 1 183 Baxış
Bakıda yeni dələduz peyda oldu

Bakıda adı bilinməyən şəxsin dələduzluğu lentə alınıb.

Publika.az xəbər verir ki, yaşlı kişi aptekdən ürək dərmanı almaq istədiyini, bunun üçün əczaçıdan 100 manat pulu xırdalamağı xahiş edir.

Lakin pulu xırdaladıqdan sonra 50 manatı əczaçıya göstərərək ona ürək dərmanı yox, pambıq və spirt verməsini istəyir. Əczaçının başının qarışdığını görən bu şəxs, pulu əvvəl ona uzadır, sonra isə cəld 50 manatı bükərək cibinə qoyur və əczaçıya pulu verdiyini, ondan qalıq qaytarmasını istəyir. Əczaçı spirt və pambığın pulunu çıxaraq ona 48 manat qaytarır.

Milli.Az bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsində yerləşən apteklərdən birində baş verib. Baş verənlər aptekdə quraşdırılan təhlükəsizlik kamerasına düşüb. Aptekdə çalışan əczaçı bildirdi ki, o, sonradan kassaya və kameraya baxdıqdan sonra məlum olub ki, yaşlı kişi ona 50 manatı verməyərək aldadıb. Artıq hadisə ilə bağlı aptekin sahibi Nərimanov rayon polis idarəsinə şikayət edib.

Faktla bağlı araşdırma aparılır. (xezerxeber.az)
Bakıda yeni dələduz peyda olub

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR