Turistlər Xocalı faciəsi haqda məlumatlandırıldı
Bizi izləyin

Sosial

Turistlər Xocalı faciəsi haqda məlumatlandırıldı

Region Beynəlxalq Analitik Mərkəz İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Xocalıda axan qan!” adlı layihəsini başa çatdırıb.

İctimai Birlik layihə müddətində Xocalı faciəsinin 25 illik dövründə unudulmadığını və bu soyqırım faktını dünya ictimaiyyətinə geniş formada çatdırdı.

“Xocalıda axan qan! adlı layihə sosial şəbəkələr vasitəsilə beynəlxalq ictimaiyyətə və eləcə də şəhərin xarici qonaqlarına qətliamın təbliğat kompaniyasıgeniş formada aparıldı.

Layihə çərçivəsində sosial şəbəkələrdə Facebook vasitəsilə geniş qaydada və müasir təbliğat alətlərindən, ingilis dilində həştəqlərdən istifadə edilərək məlumatların ötürülməsi həyata keçirildi. Eləcə də kampaniya zamanı ermənistanın təcavüzkar bir dövlət olduğu, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət haqqında beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini alması məqsədi ilə layihə dövründə Facebook sosial şəbəkəsində aparılan təbliğat kampaniyası zamanı hazırlanan elektron bannerlər və ingilis dilinə tərcümə olunan qətliam haqqında məlumatlar # hastaqlar vasitəsilə geniş yayıldı. Və eləcə də Xocalı Faciəsi haqqında tərcümə olunan məlumatlar çoxlu sayda hazırlanan bukletlər və bayraqlar üzərinə dərc olunaraq çap edildi və şəhər turistlərə yerli əhaliyə geniş formada təqdim olundu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm