• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

Dövlət qulluğuna qəbul olmaq istəyənlərə xəbərdarlıq

  • Sosial
  • 4 Dekabr 2017 15:52
  • 653 Baxış
Dövlət qulluğuna qəbul olmaq istəyənlərə xəbərdarlıq

Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat sona çatır.

DİM-dən Publika.az-a verilən məlumata görə, inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı dekabrın 17-də keçiriləcək. İmtahan kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan yeri və başlama vaxtı barədə məlumat DİM-in internet portalında yerləşdiriləcək.

Sənədlərin qəbulu 6 dekabr saat 18:00-dək davam edəcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR