Sosial
Salyanda arvadını və dörd qızını öldürən manyak-qatil ilk və ən böyük CƏZASINI ALDI - - FOTO
Salyanda 2014-cü ilin mart ayında həyat yoldaşı Mehparə Əliyevanı və dörd qızını xüsusi amansızlıqla qətlə yetirərək cəsədlərini yataq otağının zirzəmisində gizlətmiş manyak-qatil ilk və ən ağır cəzasını alıb.
Bu dünyada olduğu kimi, o dünyada da yaş sırası ilə analarının “yanına sığınmış” dörd qızın məzar nişanlarına atalarının əvəzinə əzabkeş anaları Mehparənin adı və qızlıq soyadı yazılıb. Əslində bu, günahsız qətlə yetirilən ana və dörd qızın onları öldürən “ailə başçısından” aldıqları ən böyük qisasdır...
Fakta bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.1. (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Dünən Salyan Rayon Məhkəməsində cinayəti törətməkdə şübhəli bilinən 63 yaşlı Fərhad Əliyev və cinayəti törətməkdə atasına yardım etməkdə şübhəli bilinən 28 yaşlı oğlu Fəqan Əliyev barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.
Bu gün isə hər iki təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına köçürülüb. (virtualaz.org)
-
Hadisə19:50
Bakıda bazardakı yanğın söndürüldü - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Magazin119:48
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü