• USD 1,7000 0,00% EUR 2,0009 0,00%
    • GBP 2,3392 0,00% RUB 0,0231 0,00%

Azərbaycanda ən çox mənzillərdəki səs-küydən şikayət edirlər

Azərbaycanda ən çox mənzillərdəki səs-küydən şikayət edirlər

"Bizə gələn şikayətlərin 30-40 faizi mənzillərdəki səs-küylə əlaqəlidir".

Publika.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epideimologiya Mərkəzinin (RGEM) şöbə müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, RGEM tərəfindən hər il yaşayış binalarının zirzəmilərində epidemioloji araşdırmalar aparılır:

"Zirzəmilərə daxil olan suların bir qismi kommunikasiya xətlərinin nasazlığından, bir qismi qurunt sularından, bir qismi isə digər qarışıq sulardan daxil olur. Son araşdırmalara görə, Bakı üzrə 240-a yaxın zirzəmisi sulu olan bina var. Bununla bağlı müvafiq dövlət qurumlarına dəqiq ünvanlar qeyd olunmaqla məktublar göndərilib. Onların nəzərlərinə qeyd olunan ərazilərdə mühəndis-texniki işlərin aparılmasının vacibliyi çatdırılıb".

Z.Kazımov onu da qeyd edib ki, bu xüsusilə birinci mərtəbədə yaşayan insanların səhhətində ciddi problemlərə yol aça bilir:

"Əgər zirzəmidə nəmişlik varsa, birinci mərtəbədə yaşayanlar arasında tənəffüs sistemi xəstəliklərinin, o cümlədən ağciyər xəstəliklərinin yaranması riski də artır. Zirzəmilərdə suyun olması qətiyyən yolverilməzdir".

Könül Cəfərli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR