Məzahir Süleymanzadənin 65 yaşı qeyd olundu - FOTOLAR
Bizi izləyin

Sosial

Məzahir Süleymanzadənin 65 yaşı qeyd olundu - FOTOLAR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşəbbüsü ilə tanınmış jurnalist Məzahir Süleymanzadənin 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə bir sıra ictimai-siyasi xadimlər, eləcə də tanınmış media nümayəndələri iştirak ediblər.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov M.Süleymanzadəni təbrik edərək, rəhbəri olduğu qurum adından jurnalisti diplomla təltif edib:

"Bu gün Azərbaycan mətbuatı tarixində silinməz iz qoyan, "Səhər" qəzetinin təsisçisi olan peşəkar jurnalist Məzahir Süleymanzadənin 65 illik yubileyinə toplaşmışıq. Məzahir müəllim ruhu cavan olan qocaman mətbuat nümayəndələrindən biridir. "Səhər" qəzetinin səhifələrində bu gün hər kəsin yaxşı tanıdığı bir çox jurnalistlərin məqalələri dərc edilib. Azərbaycan mətbuatı və mətbuat nümayəndələri üçün Məzahir Süleymanzadə canlı məktəb rolunu oynayıb".

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, Azərbaycanın yeni nəsil jurnalistikasının formalaşmasında M.Süleymanzadənin əvəzsiz rolu var:

"Təsis etdiyi "Səhər" qəzeti ilə jurnalistikada tanınmış imzaların ilk addımlarını atmalarına şərait yaradıb. Mən özümü də bu möhtəşəm Məzahir Süleymanzadə məktəbinin yetirmələrindən hesab edirəm".

Yazar Hidayət Elvüsal da M.Süleymanzadəni Azərbaycan mətbuatı üçün canlı əfsanə adlandırıb:

"Məzahir Süleymanzadə demokratik Azərbaycan mətbuatı üçün dəyərli insanlardan biridir. Azərbaycan mətbuatında bu dəqiqə media işçilərinə ayrılan xüsusi diqqətin, yubileylərin qeyd olunmasının və eləcə də digər özəl günlərin keçirilməsinin əsasını məhz Məzahir Süleymanzadə qoyub. Redaktor kimi o, özü böyük bir məktəbdi. Uzun illər birlikdə fəaliyyət göstərmişik. Əminliklə deyə bilərəm ki, Məzahir müəllim işçilərinə elə qayğı ilə yanaşıb ki, kənardan baxan elə bilər, redaktor yox, ailə başçısıdır".

Tədbir iştirakçıları səbəbkarı təbrik edərək onunla xatirə şəkli çəkdiriblər.

Sonda M.Süleymanzədə 65-ci doğum gününü onunla birlikdə qeyd edən tədbir iştirakçılarına və media nümayəndələrinə təşəkkür edib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm