Sosial
Vəkil adından qanunsuz istifadə edənlərə XƏBƏRDARLIQ
Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil adından qanunsuz istifadə edənlərə xəbərdarlıq edib.
Kollegiyanın mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilir ki, son günlər aparılan müşahidələr nəticəsində bir çox fiziki və hüquqi şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir: "Belə hallar vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almasına maneçilik törətməklə bərabər, vəkilliyin nüfuzuna mənfi təsir göstərməkdədir.
İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə əsasən, vəkil adından qanunsuz istifadə edilməsi inzibati məsuliyyətin yaranmasına səbəb olur. Vəkillər Kollegiyasının Rəyasət Heyəti həmin şəxslərdən qeyd edilən qanunsuz əməllərə son qoyulmasını tələb edir və onların nəzərlərinə çatdırır ki, belə əməllərə qısa müddət ərzində son qoyulmazsa həmin şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi tədbirlər görüləcək".
Vəkillər Kollegiyasının Rəyasət Heyəti belə qanun pozuntularına qarşı qətiyyətlə mübarizə aparacağını bəyan edib.
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu