Çətin həyat şəraitində olan uşaqlara BÖYÜK QAYĞI - FOTO
Bizi izləyin

Sosial

Çətin həyat şəraitində olan uşaqlara BÖYÜK QAYĞI - FOTO

“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi məqsədilə “Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydasının” təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli 330 nömrəli qərarına müvafiq olaraq, 2013-cü ildən ölkəmizdə sosial xidmət sahələri üzrə sifarişlərin verilməsinə başlanılıb.

Publika.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən yaradılmış Quba Günərzi Qayğı Mərkəzi də öz fəaliyyətini 2017-ci ildə də uğurla davam etdirib. Əsas məqsədi uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsindən ibarət olan bu Mərkəzin fəaliyyəti BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasına uyğun olaraq, uşaqların əsas maraqları, ayrı-seçkiliyə yol verilməməsi, sağlam, təhlükəsiz mühitdə yaşamaq və inkişaf etmək, uşağın ailə mühitində, valideynləri və ya digər qanuni nümayəndələri ilə birgə yaşaması, uşağın rəyinin nəzərə alınması kimi prinsiplərə əsaslanır. Mərkəzdə çətin həyat şəraitində olan 30 uşağa gün ərzində müxtəlif sosial xidmətlər göstərilib. Mərkəzdə məktəbəqədər və məktəb yaşlı uşaqlardan ibarət iki qrup formalaşdırılıb və buraya tək valideynli, hər iki valideynini itirmiş və genişlənmiş ailənin himayəsində olan uşaqlar, daimi iş yerinin olmaması səbəbindən günün çox hissəsini günəmuzd qaydada işləyən valideynlərin uşaqları və inteqrativ təhsilə cəlb oluna bilən sağlamlıq imkanları məhdud uşaqlar cəlb edilib.

Mərkəzə cəlb olunmuş uşaqlar gündə yeməklə və yataqla təmin ediliblər. Mərkəzdə uşaqların təlim-tərbiyəsi və fərdi inkişafı ilə ixtisaslı işçi heyət məşğul olunub. Uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesi təşkil edilib, risk qrupuna aid olan uşaqların ahəngdar inkişafı və tərbiyəsi ilə məşğul olunub, müxtəlif təlimlər həyata keçirilib və onların asudə vaxtlarının səmərəli təşkil üzrə tədbirlər görülüb. Psixoloji testlər və məsləhət saatları, musiqi dərsləri, idman yarışları, əyləncəli oyunlar və bayram tədbirlərində uşaqlar böyük həvəslə iştirak ediblər. Mərkəzdə həssas qruplardan olan uşaqların asudə vaxtlarının təşkili üçün mütəmadi olaraq müxtəlif ekskursiyalar, gəzintilər, cizgi filmlərinin nümayişi reallaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm