Ən çox maaşı hansı peşənin SAHİBLƏRİ ALIR? - İNANILMAZ RƏQƏMLƏR - SİYAHI
Bizi izləyin

Sosial

Ən çox maaşı hansı peşənin SAHİBLƏRİ ALIR? - İNANILMAZ RƏQƏMLƏR - SİYAHI

İş axtaran və iş adamlarının istifadə etdiyi, iş həyatı ilə bağlı məlumatların yer aldığı Linklend saytı maaş səviyyəsinə görə ABŞ-da ən yüksək əmək haqqı və mükafat alan peşələri açıqlayıb.

Publika.az həmin peşələri təqdim edir:

İnşaat mühəndisi - Bina, yol, körpü kimi layihələr, şəhər və industriya layihələrində ehtiyac duyulan peşələrdən olan inşaat mühəndislərinin illik mükafatı 39488 dollar, orta illik maaşı 215085 dollardır.

İnvestisiya Bankı Analitiki - Şirkətlərə, hökumətlərə müxtəlif maliyyə xidmətlərində analitik kimi xidmət göstərən şəxslərin illik mükafatı 47 610 dollar, orta illik maaşı 131628 dollardır.

Ortopedik cərrah - Orqanlarda, əzələdə, sümük və sinirdə olan anormallıqları müəyyən edib, müalicəsini aparan ortopedik cərrahın ABŞ-da illik mükafatı 52651 dollar, orta illik maaşı 420 088 dollardır.

Radioloq - bədənin daxili orqanlarındakı xəstəlikləri müəyyən edib, müalicəsi ilə məşğul olan radioloqun illik mükafatı 52651 dollar, orta illik maaşı 392 082 dollardır.

Kardioloq - Ürək-damar xəstəliklərinin müalicəsi ilə məşğul olan kardioloqun orta illik mükafatı 52651 dollar, orta illik maaşı 392 082 dollardır.

Təcrübəçi həkim - Həkimliyin hər hansı sahəsində ixtisaslaşmamış, təcrübə keçən həkimlərin orta illik mükafatı 44864 dollar, orta illik maaşı 420088 dollardır.

Tədqiqatçı - Bir araşdırma ilə məşğul olan tədqiqatçının illik mükafatı 53211 dollar, orta illik maaşı 148431 dollardır.

Özəl investisiya ortaqları - Firma və layihələrdə investisiya yatıran ortaqların illik mükafatı 89618 dollar, orta illik maaşı 187639 dollardır.

İnvestisiya bankçılığında ortaqlar - Bu iş sahiblərinin illik mükafatı 106422 dollar, orta illik maaşı 245612 dollardır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm