Siqaret qanunu: Ona nəzarət edən qurum hələ yoxdur… - Hüquqşunas
Bizi izləyin

Sosial

Siqaret qanunu: Ona nəzarət edən qurum hələ yoxdur… - Hüquqşunas

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tətbiqindən sonra qapalı məkanlarda, səhiyyə, elm və təhsil müəssisələrində, iaşə obyektlərində siqaret çəkmək qadağandır.

Qanunun tətbiqi ilə bağlı hüquqşunas Xəyal Bəşirov Teleqraf.com-a açıqlama verib.

Onun sözlərinə görə, qanun beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmalar üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi-minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və qanunda göstərilən digər yerlərə də aiddir:

“Bir məsələ var ki, bu cür qanunlar qəbul olunanda ona dövlət nəzarətini həyata keçirən orqan müəyyənləşdirilir. Amma qanunun tətbiqi ilə bağlı imzalanan fərmanda prezident Nazirlər Kabinetinə tapşırıb ki, bu fəaliyyətlə bağlı dövlət nəzarətini həyata keçirən orqanla bağlı təkliflər iona təqdim etsinlər. Bu o deməkdir ki, hələ hansı dövlət orqanının buna nəzarət edəcəyi müəyyənləşməyib.

Qanunla bütün qurumlara, müəsissələrə, idarə və təşkilatlara tapşılrılır ki, siqaret çəkmək üçün xüsusi yerlər ayırsınlar və görünən yerlərdə “siqaret çəkmək qadağandır” nişanlarını vursunlar. Əgər həmin yerləri ayrılmasalar və ya nişanları vurmalar vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə olunur.

Hazırda hər hansı dövlət qurumu ona aid olan yerlərdə qanunu pozanları özü cərimə edəcək. Tutalım, səhiyyə ocaqlarına Səhiyyə Nazirliyi nəzarət edir. Amma gələcəkdə cavabdeh qurum müəyyənləşdirildikdən sonra nəzarət onun ixtiyarında olacaq. Yəqin ki, bu, qısa vaxtda müəyyənləşəcək.

Çünki qanuna nəzarət edən konkret bir qurum olmalıdır ki, onun əməkdaşları mütəmadi baxış keçirib, reydlər aparsın. Reydlər nəticəsində də bilsinlər ki, həqiqətən də qanunun tələblərinə riayət olunur, yoxsa yox”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm