Azərbaycana keçmiş SSRİ-dən 3 nəfər gəlib: ZAMANDA YOLÇULUQ? - FOTO
Bizi izləyin

Sosial

Azərbaycana keçmiş SSRİ-dən 3 nəfər gəlib: ZAMANDA YOLÇULUQ? - FOTO

Ötən il Şimali Koreyadan 2, keçmiş SSRİ-dən 3 nəfər Azərbaycana gəlib.

Pulika.az xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ildə ölkəyə gələn xarici vətəndaşlarla bağlı statistik məlumatında qeyd olunub.

Nazirliyin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı İntiqam Hümbətov Publika.az-a açıqlamasında keçmiş SSRİ-dən gələnlərlə bağlı məsələni bu cür izah edib:

“Keçmiş SSRİ bölməsində siyahıda adı qeyd edilməyən digər SSRİ ölkələri nəzərdə tutulub. Keçmiş SSRİ-yə 15 respublika daxil olub. Siyahıda isə onlardan ən çox turist gələn Gürcüstan və Rusiyanın adı var. Bütün dövlətlərin adı daxil edilməyib. Ona görə də, digər dövlətlərdən gələnlər keçmiş SSRİ adı altında verilib”.

Qeyd edək ki, keçmiş SSRİ ölkələrindən Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Latviya, Litva, Estoniya, Moldova, Qırğızıstan, Belarus, Ermənistandan gələnlərin sayı ayrı-ayrılıqda siyahıda yer alıb. Belə olan halda, Mədəniyyət və Turizm Nazirliyinin statistika şöbəsinin konkret olaraq hansı ölkəni nəzərdə tutması sual altında qalır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm