Sosial
Keçmiş nazirin "işdən çıxan" yeznəsi qəbul keçirir
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin birinci müavini, keçmiş Vergilər naziri Fazil Məmmədovun yeznəsi Namiq Quliyevin işdən çıxarılması ilə bağlı deyilənlər özünü doğrultmayıb.
Ötən ilin dekabrında yeni nazir Mikayıl Cabbarov tərəfindən işdən çıxarıldığı deyilən Namiq Quliyev elə öz vəzifəsində qalıb.
Belə ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəhbər işçilərinin 2018-ci ildə vətəndaşların qəbul qrafikini açıqlayıb. Qrafikdə Departamentin baş direktorunun 1-ci müavini Namiq Quliyevin həftə içi hər gün saat 09:00-dan 18:00-dək vətəndaş qəbulu həyata keçirdiyi qeyd olunub.
Qeyd edək ki, Modern.az saytı ötən ilin 26 dekabr tarixində yaydığı məlumatda Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini Namiq Quliyevin vəzifəsindən kənarlaşdırıldığını bildirmişdi.
Xatırladaq ki, Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilib. (Axar.az)
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO