Sosial
Mənzillərin açarları jurnalistlərə təqdim olundu - FOTO
Bu gün jurnalistlər üçün inşa olunmuş ikinci binadakı
mənzillərin açarlarının sahiblərinə təqdim edilməsi mərasimi
keçirilib.
Publika.az xəbər verir ki, Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun icraçı direktoru Vüqar Səfərli binanın artıq istismara
qəbul edildiyini bildirib.
Birinci bina ilə müqayisədə ikinci binada jurnalistlərə
mənzillərin açarlarının verilməsinin gecikməsinə toxunan V.Səfərli
bunları deyib: "İstismar aktı olmadan binada yaşayış mümkün
deyildi. Artıq bu gündən binada yaşamaq mümkün olacaq. İşıq, su
mənzillərin sahiblərinin adınadır, yalnız qaz kartları binanın
tikintisini aparan şirkətin adınadır. Jurnalistlər özləri "Asan
kommunal"da qaz kartlarını öz adlarına keçirə bilərlər".
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi
Əli Həsənov jurnalistlərə mənzillərin açarlarının təqdim edilməsini
mühüm hadisə kimi dəyərləndirib. O, bəzilərinin Azərbaycan
dövlətinin media siyasətinin iflasa uğradığını söyləməsinin təəssüf
doğurduğunu vurğulayıb. Ə.Həsənov media siyasətinin uğurlu
nəticələrinin ortada olduğunu qeyd edərək mənzillərin jurnalistlər
üçün xeyirli, uğurlu olmasını arzulayıb.
Daha sonra mənzillərin açarları jurnalistlərə təqdim edilib.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB