"Ötən il sığınacağımızdan 46 qadını ailəsi ilə barışdırdıq" - Mehriban Zeynalova
Bizi izləyin

Sosial

"Ötən il sığınacağımızdan 46 qadını ailəsi ilə barışdırdıq" - Mehriban Zeynalova

“Ötən illərlə müqayisədə bu il sığınacağa həddən artıq müraciət olub, onların əksəriyyəti məişət zorakılığının qurbanlarıdır”

Bu sözləri Publika.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. O bildirib ki, bəzən bizə zənglər daxil olur, hansı ki işsizlikdən, ev pulunu ödəyə bilməyən qadınlar müraciət edir. Təbii ki, biz bu məsələləri araşdırdıqdan sonra qərar veririk, əsasən bu cür hallarda biz çalışırıq onlara psixoloji yardım göstərib istiqamət verək:

“Bilirsiz bizim sığınacağın əsas məqsədi zorakılığa məruz qalan, insan alverinin qurbanı olan qadınlara dəstək olmaq, onların reablitasiyasını təmin etməkdir. Bu il sığınacağa çoxsaylı müraciətlər daxil olub. Təəssüf ki, biz onların hər birinə köməklik edə bilmirik. Çünki yerlərimiz məhduddur. Maksimum 30-35 nəfərə sığınacaq verə bilirik. Bunlarda ən ağır vəziyyətdə olan, körpə uşaqlı, həyatı təhlükəsə olan qadınlar olur. Çünki dəfələrlə müşahidə etmişik ki, bizim yardımlarımızdan sui-istifadə etməyə çalışırlar. Qadınlar tənbəllikdən, işləmək üçün, əziyyət çəkməmək üçün yalan danışırlar. Bütün bunlara görə, biz müraciətləri çox ciddi şəkildə araşdırdıqdan sonra yardım təklif edirik”.

O bildirdi ki, bir çox kurslar, eləcə də Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi bizimlə yaxından əməkdaşlıq edir:

“Bizim sığınacaqda məktəb yaşına çatmış 6 uşaq ötən il məktəbə gedib. 15 yaşında bir qızımız daha var, o ümumiyyətlə təhsilsizdir. Təhsil nazirliyinə müraciət etmişik ki, uşağın təhsil məsələsini nizama salmağa bizə köməklik göstərsin. Qızımız müəyyən imtahanları keçdikdən sonra uyğun sinifə yazdırılacaq. Bir qızımız isə Bakıda fəaliyyət göstərən bir neçə kursun bizə təklif etdiyi ödənişsiz hazırlıqlara gedir. Universitetə sənəd verməyə hazırlaşır. Bundan başqa bizim öz sığınacağımızda da kurslar keçiririk. Qadınlar üçün dayə kursları, maliyyənin idarə olunmasına dair təlimlər keçirilir. Bu da qadınların əmək fəaliyyətinin bərpa etməkdə onlara çox böyük yardımdır”.

M.Zeynalova onu da qeyd edib ki, ötən il nə az, nə çox, düz 46 qadını ailəsi ilə barışdırmağa nail olublar:

“Bizə müraciət edən qadınlar psixoloji cəhətdən o qədər travma almış olurlar ki, onlarla işləyən zaman hətta psixoloqlar belə ehtiyat edir. Emosional olurlar, sərt reaksiya verirlər. Bəziləri barışmaq istəmir. Xəyanəti, şiddəri bağışlaya bilmirəm. Bəzən biz ailələri barışdırdıqdan sonra da, nəzarət edirik ki, yenidən qadına hər hansı bir təzyiq olmasın. Ümumi nəticələrə baxanda ötən ilki faəliyyətimiz olduqca uğurlu hesab etmək olar”

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm