• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

Qida şirkətlərinə sertifikat verən qurum dəyişdi

  • Sosial
  • 5 Fevral 2018 12:21
  • 701 Baxış
Qida şirkətlərinə sertifikat verən qurum dəyişdi

Yenicə fəaliyyətə başlamış Qida Təhlükəsizliyi Agentliyi bütün qida məhsullarını ekspertizadan keçirəcək.

Agentlikdən Publika.az-a verilən məlumata görə, ekspertizadan müsbət rəy almış məhsullara sertifikat veriləcək.

Sertifikatlaşmanı Qida Təhlükəsizliyi Agentliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi birgə həyata keçirəcək. Yaxın müddətdə bu iki dövlət agentliyi arasında müvafiq memorandum imzalanacaq.

Qarşıdakı dövrdə isə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət” mərkəzlərində “ASAN sertifikat” pəncərələri fəaliyyətə başlayacaq. Beləliklə, sahibkarlar “bir pəncərə” sistemi ilə idxal və ya ixrac edəcəkləri məhsulları üçün gigiyenik sertifikat ala biləcəklər.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR