Son 14 ildə 5703 əlil və şəhid ailəsinə mənzil verilib
Bizi izləyin

Sosial

Son 14 ildə 5703 əlil və şəhid ailəsinə mənzil verilib

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə görüləcək işlərə dair müşavirə keçirilib.

Publika.az xəbər verir ki, müşavirədə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, ötən dövrdə ölkəmizdə, regionlarda sürətli sosial-iqtisadi inkişaf müşahidə edilir. O bildirib ki, son 14 il ərzində ölkədə bir çox yeniliklər reallaşdırılıb:

“Son 14 ildə milli iqtisadiyyatda 3,2 dəfə, o cümlədən qeyri-neft sektorunda 2,8 dəfə və qeyri-neft ixracında 4,1 dəfə, sənayedə 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə artıma, ölkənin valyuta ehtiyatlarının 23 dəfə artırılaraq 1,8 milyard dollardan 42 milyard dollara çatdırılmasına, ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyuluşuna nail olunub. Bu uğurlar bölgələrin sosial mənzərəsini müasirləşdirən bütün lazımi infrastruktur layihələrinin icrası, 3 mindən çox məktəbin, 600-dən çox tibb müəssisəsinin tikilməsi və ya təmiri, 12,3 min kilometr yolun çəkilməsi, 443 körpünün inşası, 30 elektrik stansiyasının tikilməsi, qazlaşdırmanın 51 faizdən 93 faizə (şəhərlərimizdə 100 faizə), fasiləsiz içməli su təminatının 26 faizdən 67 faizə (Bakı şəhərində 81 faizə) çatdırılması və s. kimi xüsusi önəm kəsb edən sosial nailiyyətlərin qazanılması ilə müşahidə olunub”.

Nazir qeyd edib ki, proqramın qısa müddətdə icra olunmasına baxmayaraq, ilkin nəticələr olduqca yüksəkdir:

“Bu il isə atılan addımlar, aparılan islahatlar nəticəsində kifayət qədər böyük - 30 milyon manatdan çox vəsait olacaq və 6 min, bəlkə də 7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək. Bu, həm iqtisadi, həm də psixoloji cəhətdən çox gözəl layihədir, gözəl təşəbbüsdür”, deyə vurğulayıb. Qarşımızda duran əsas vəzifə dövlət başçısının bu sahədə tapşırığına uyğun olaraq, cari il ərzində 7 minə qədər aztəminatı ailəyə aktivlər verməklə onların kiçik ailə təsərrüfatlarını qurmalarını təmin etməkdir. Proqrama cəlb ediləcək ailələrin 83 faizinin regionlarda yaşayan ailələrdən ibarət olması nəzərdə tutulur”.

S.Müslümov onu da əlavə edib ki, ötən dövrdə əlil və şəhid ailələri üçün inşa olunan çoxsaylı fərdi və çoxmənzilli yaşayış binalarının böyük əksəriyyəti bölgələrin payına düşür:

“O cümlədən son bir ildə müharibə əlilləri və şəhid ailələrinə təqdim edilən 315 mənzil və fərdi yaşayış evindən 65 faizə qədəri regionlardadır. Ümumilikdə indiyədək nazirliyin xətti ilə 6100 nəfər əlil və şəhid ailəsi nazirlik tərəfindən mənzillə təmin olunub ki, onlardan 93,5 faizinə və ya 5703 nəfərinə son 14 ildə mənzil verilib. Hazırda daha iki rayonda - İmişli və Şamaxı rayonlarında çoxmənzilli yaşayış binalarının, eyni zamanda bölgələrdə fərdi yaşayış evlərinin tikintisi işləri davam etdirilir”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm