Sevgililər günündə hədiyyəsiz qalmamaq üçün nə etmək lazımdır?
Bizi izləyin

Sosial

Sevgililər günündə hədiyyəsiz qalmamaq üçün nə etmək lazımdır?

14 Fevral Sevgililər Günündə əksər xanımlar kişilərdən hədiyyə gözləyir. Təəssüf ki, bəzən romantik münasibətləri olsa belə, bu istəkləri qarşılanmır. Adətən, kişilər sevdikləri xanıma bir gül belə almırlar. Bəs necə etmək olar ki, kişilər məcburiyyətdən yox, öz istəkləri ilə sürprizlər edələr?

Publika.az neyroproqramlaşdırma üzrə mütəxəssis Katrin Forsun məsləhətlərini təqdim edir.

“Nə istədiyinizi dilə gətirməkdən çəkinməyin. Axı kişilər telepat deyillər. Sizə bəyənmədiyiniz, ya da sizə yaraşmayan bir şey hədiyyə edilsə belə, heç vaxt məyus olduğunuzu bəlli etməyin. Ona çox xoşbəxt olduğunuzu deyin, sevincdən tullanın, ya ağlayın və bütün bunları saxta yox, təbii şəkildə edin. Buna “hədiyyə edənə enerjinin qaytarılması” deyilir. Ona hədiyyədən çox məmnun olduğunuzu göstərin. Bu cür reaksiyanız sizə edilən sürprizlərin 2, hətta 3 dəfə artmasına səbəb olacaq. Buna əmin olun!

Hal-hazırda sevgiliniz yoxdursa, özünüzə gül və digər hədiyyələr alın. Bunu ən azı ayda 2 dəfə etməlisiniz. Belə etsəniz əvvəl öz şüuraltınız, sonra isə ətrafdakı insanlar sizin buna layiq olduğunuzla bağlı müsbət impulslar, informasiyalar alacaq.

Bəzən növbəti tapşırıqları etməyiniz faydalıdır: kişinin sizə böyük bir gül buketini hədiyyə etməyini təsəvvür edin və bundan bacardığınız qədər xoşbəxt olmağa çalışın. Sonra beyninizdəki bu rəsmi xəyalən ağlınızdan keçən kişiyə göndərməyə çalışın. Belə etməklə siz həmin şəxsin şüuraltında bu situasiyanı reallaşdırmaq arzusu yaradacaqsınız.

Digər yaxşı üsul isə hədiyyələrə olan münasibətinizi prinsipcə dəyişdirməkdir. Səxavətli qadın olun. Kişilər üçün qarşılıq gözləmədən gözəl şeylər edin. Bu şeyləri də sadəcə xüsusi günlərdə yox, həmişə edin. Görəcəksiniz ki, artıq o da sizə xoş olsun deyə nələrsə etməyə başlayır”.

Ulucay Akif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm