Sosial
Azərbaycanın hansı bölgələrində insanlar daha az yaşayır? - ALİM AÇIQLADI
Azərbaycanda ən yüksək uzunömürlülük indeksləri dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur.
Publika.az xəbər verir ki, bu sözləri AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının "İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır" mövzusunda birgə elmi sessiyasında çıxış edən AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova bildirib.
Onun sözlərinə görə, statistik məlumatların təhlili ölkədə
uzunömürlülüyün coğrafiyasını müəyyən etməyə və müvafiq xəritənin
tərtibinə imkan verib.
Araşdırmanın nəticələrini diqqətə çatdıran alim Azərbaycanda
uzunömürlülüyün demoqrafik aspektlərindən danışıb:
"Uzunömürlülük ayrı-ayrı rayonlarda müxtəlif səviyyədə müşahidə olunur. Rayonlararası fərqlər kifayət dərəcədə qabarıq olaraq ən aşağı 3,4 faizdən ən yuxarı 53,8 faizə qədər diapazonda dəyişir. Ölkə üzrə ən aşağı uzunömürlülük indeksləri Abşeron iqtisadi zonası, cənub-şərq və cənub-qərb bölgələrinin bəzi rayonlarında qeydə alınır. Ən yüksək göstərici əsasən ölkənin dağlıq və dağətəyi ərazilərində müşahidə olunur. Şəhərlərdə uzunömürlülük indeksi rayonlar ilə müqayisədə daha aşağıdır. Coğrafi cəhətdən yaxın rayonlarda isə bu göstəricilər oxşardır".
Alim bildirib ki, Azərbaycan dünyada uzunömürlülüyün populyasiya
fenomeni kimi təmsil olunduğu nadir regionlarındandır:
“Uzunömürlü insanların ölkənin ayrı-ayrı ərazilərində kompakt
şəkildə yaşaması müasir beynəlxalq təcrübəyə əsaslanan herontoloji
tədqiqatların aparılmasına geniş imkanlar açır.Dünya əhalisinin
getdikcə qocalması fenomeni, sağlam və ya "fizioloji qocalma"
haqqında biliklərin genişləndirilməsinə və dərinləşdirilməsinə
imkan yaradan kompleks tədqiqatların aktuallığını ön plana
çəkir".
Uzunömürlülük fenomeninin kompleks tədqiqi üçün unikal imkanların
olduğunu deyən institut direktoru bildirib ki, herontologiya
2015-ci ildə AMEA-nın rəhbərliyi tərəfindən respublika elminin
prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Tapşırığa
əsasən, qocalmanın biologiyası ilə xüsusi tədqiqat proqramı
hazırlanıb. U.Həşimova vurğulayıb ki, rəsmi demoqrafik məlumatların
təhlili və yüksək uzunömürlülük indeksinə malik rayonlarda
tibbi-bioloji tədqiqatların aparılması bu proqramın tərkib
hissələridir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!