Sabah bu ərazilərdə su olmayacaq
Bizi izləyin

Sosial

Sabah bu ərazilərdə su olmayacaq

Fevralın 22-si gün ərzində Xırdalan-Binəqədi şosesi ətrafı ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Publika.az-a "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumat verilib.

Məlumatda bildirilib ki, məhdudiyyət Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm