İnzibati Xətalar Məcəlləsinə iki MÜHÜM DƏYİŞİKLİK
Bizi izləyin

Sosial

İnzibati Xətalar Məcəlləsinə iki MÜHÜM DƏYİŞİKLİK

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Publika.az xəbər verir ki, qanun layihəsində yeni cərimələr nəzərdə tutulur.

Qanunun 326-1.1. maddəsinə əsasən Yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarının taxoqrafdan istifadə qaydalarını pozduqda:

Taxoqraf olmayanda, yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş taxoqrafla yerinə yetirilməsinə, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla yerinə yetirildikdə, taxoqrafın yoxlanmasına dair möhür vurulmadan və ya onun yoxlanması haqqında müvafiq şəhadətnamə olmadıqda, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırıldıqda fiziki şəxslər yüz əlli manat məbləğdə, vəzifəli şəxslər beş yüz manat məbləğdə, hüquqi şəxslər min manat məbləğdə cərimə ediləcək.

Qanunun 326-1.2 maddəsinə əsasən Yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımaları yerinə yetirən sürücü tərəfindən iş və istirahət rejiminə riayət edilməməsinə görə əlli manat məbləğində cərimə olunur. Qanunun 342.1.10-cu maddəsi ləğv edilir. Qanunun 1.1-ci və 1.2-ci maddələri 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm