• USD 1,7000 0,00% EUR 1,9288 0,00%
    • GBP 2,2567 0,00% RUB 0,0264 0,00%

Penitensiar müəssisələrdə 691 cinayət hadisəsinin qarşısı alınıb

Penitensiar müəssisələrdə 691 cinayət hadisəsinin qarşısı alınıb

2017-ci ildə Ədliyyə Nazirliyində icra sənədlərinin sayı əvvvəlki illə müqayisədə 22 faiz artaraq 869 mini ötüb, götürülmüş tədbirlər nəticəsində mülki xarakterli icra sənədlərinin təxminən 60 faizinin icrası təmin edilib.Hüquqi və fiziki şəxslərə 562 milyon manatdan çox vəsait ödənilib.

Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyət hesabatında bildirilib.

İcra sənədlərini qərəzli icra etməyən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 6142 şəxs barəsində inzibati xəta haqqında protocol tərtib edilib. Həmçinin 2878 belə şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs edilib, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 378 şəxs barəsində cinayət işi başlanılıb.Ötən il ərzində 14015 borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb, görülmüş tədbirlər nəticəsində məhkəmə qərarını icra etmiş 3410 şəxs barəsində əvvəllər qoyulmuş belə məhdudiyyət götürülüb.

Ötən il ərzində azadlıqdan məhrmetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 16159 şəxs qeydiyyatdan çıxarılıb.

Nazirlik tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı işlərdən 607-si üzrə ibtidai istintaq tamamlanıb. Bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın 31 faizi istintaqın gedişinə ödətdirilib.

Ötən ilin 16 mart və 11 sentyabr tarixlərində ölkə başçısının müvafiq sərəncamlarına əsasən 424 məhkum əfv edilib.

Cəzaçəkmə müəssisələrində ictimai faydalı işlərə 5600-dən çox məhkum cəlb edilib.Cinayət nəticəsində vurulmuş ziyan üzrə məhkumlar tərəfindən zərərçəkmişlərə 1.52 milyon manatdan çox (2016-cı illə müqayisədə 29 faiz çox) vəsait ödənilib.Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində penitensiar müəssisələrdə 691 cinayət hadisəsinin qarşısı alınıb.

Gülxar

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
loading...