Komitə uyğunluq sertifikatı verməkdə davam edəcək - RƏSMİ
Bizi izləyin

Sosial

Komitə uyğunluq sertifikatı verməkdə davam edəcək - RƏSMİ

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tərkibindəki sertifikatlaşdırma qurumları fəaliyyətlərini davam etdirəcəklər.

Publika.az xəbər verir ki, bunu "Caspian European Club"un tədbirində Komitənin sədri Ramiz Həsənov jurnalistlərə Qida Təhlükəsizliyi Agentliyinin də sertifikatlaşdırma işləri ilə məşğul olmasına münasibət bildirərkən deyib.

"Qida Təhlükəsizliyi Agentliyi təhlükəsizlik sertifikatı verəcək, yəni məhsulların təhlükəsizliyinə nəzarət edəcək. Bu isə uyğunluq sertifikatı deyil. İstehsalçı məhsulunu yüksək standart əsasında istehsal edirsə, bu zaman o, uyğunluq sertifikatı almalıdır. Sertifikatlaşdırma qurumları qalır və fəaliyyətlərini davam etdirəcəklər. O cümlədən halal məhsullara sertifikat verən qurumlar da fəaliyyətini davam etdirəcək".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm