Paytaxt yollarında təmizlik işləri görən xanımlara BAYRAM HƏDİYYƏSİ - VİDEO
Bizi izləyin

Sosial

Paytaxt yollarında təmizlik işləri görən xanımlara BAYRAM HƏDİYYƏSİ - VİDEO

8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı Nəqliyyat Agentliyi (BNA) maraqlı aksiya keçirib.

BNA-dan Publika.az-a verilən məlumata görə, aksiya çərçivəsində Agentliyin əməkdaşları kommunal xidmət sahəsində çalışan xanımları təbrik edib. Paytaxt yollarında təmizlik işləri ilə məşğul olan xanımlara gül və ərzaq dükanından alış-veriş etmək üçün hədiyyə kartı verilib.

Bakı Nəqliyyat Agentliyinin kollektivi xanımları 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edir, hər birinə cansağlığı, səadət və işlərində nailiyyətlər arzulayır!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm