• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Azərbaycanın bu bölgələrində ekoloji təmiz məhsullar yetişdiriləcək

Azərbaycanın bu bölgələrində ekoloji təmiz məhsullar yetişdiriləcək

Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi ilə Almaniyanın Rapunzel şirkəti arasında niyyət protokolu imzalanıb.

Mərkəzdən Publika.az-a verilən məlumata görə, martın 21-23-də dünyada Ekoloji Təmiz Kənd Təsərrüfatı Hərəkatının yaradıcılarından və liderlərindən biri olan, Almaniyanın məşhur Rapunzel şirkətinin prezidenti cənab Jozef Vilhelm Azərbaycanda işgüzar səfərdə olub. Səfərin əsas məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə Strateji Yol Xəritəsinin əsas prioritetlərindən biri olan “Ekoloji Təmiz Kənd Təsərrüfatı istehsalının inkişaf etdirilməsi” məsələsi ilə əlaqədar olaraq Rapunzel şirkətinin bu sahəyə olan strateji maraqlarından irəli gəlir. Səfər zamanı J. Vilhelmi Rapunzel şirkətinin ekspertlər qrupu müşayiət edib.

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Qax şəhərində yerləşən Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin öncədən hazırlayıb Rapunzel şirkətinin rəhbərliyinə təqdim etdiyi və razılaşdırılmış proqram çərçivəsində Qax və Zaqatala rayonlarında fəaliyyət göstərən və istehsal prosesində ekoloji təsərrüfatçılığa keçid dövrünü yaşayan fermer təsərrüfatları və emal müəssisələri ilə çoxsayli görüşlər olub. Regionun saglam torpaq və iqlim şəraitini, fermerlərin ekoloji istehsala yönəlik olan meyllərini və onların işgüzarlıq qabiliyyətlərini yüksək qiymətləndirən nümayəndə heyəti səfərin sonunda aparılan müzakirələr zamanı bu regionda bir neçə istiqamətli layihələr yerinə yetirmək istəyində olduqlarını bəyan ediblər. Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi ilə Rapunzel şirkəti arasında memorandum qəbul edilməsi haqda “Mərkəz”-in direktoru professor Amin Babayevlə Rapunzel şirkətinin prezidenti Jozef Vilhelm arasında niyyət protokolu imzalanıb.

Loading...
Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR