Sosial
İnstitut direktoru jurnalistləri TƏHQİR ETDİ - “Bezdarnı”, savadsız...”
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ESTN) hava şəraitindəki kəskin dəyişikliklə bağlı əhaliyə xəbərdarlıq edib.
Modern.az saytının əməkdaşı mövzunu davam etdirmək, əhalinin
narahatlığı ilə bağlı suallara cavab almaq üçün Azərbaycan Milli
Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz
Məmmədova müraciət edib.
Salamlaşıb hal-əhval tutduqdan sonra Ramiz Məmmədova küləkli hava
şəraitinin hansı hallarda daha ciddi təhlükə yaratdığı və digər bu
kimi suallar ünvanladıq.
O isə suallara cavab vermək əvəzinə, Azərbaycan jurnalistlərinin
ünvanına təhqirlər yağdırmağa başladı və telefonu qapatdı.
İnstitutut direktorundan gözlənilməz münasibəti aydınlaşdırmaq üçün
yenidən ona zəng etdik və Ramiz Məmmədova ilk dəfə zəng etdiyimizi
xatırladanda söylədikləri bunlar oldu: “Siz jurnalistlər hamınız
məni biabır etmisiniz. Nə açıqlama verəcəm?! Azərbaycan
jurnalistləri “bezdarnı”, savadsız, heç nəyə yarayan deyillər.
Azərbaycanda bir dənə də olsun jurnalist yoxdur”.
Onun dediklərinin ayıb olduğunu bildirdikdə isə “bayaq “küçük”
sözü dedim haaa, Azərbaycandakı jurnalistlər o sözdən artığına
layiq deyillər. Elə beləcə də yaz!” söylədi...
Cəmiyyətə nümunə olacaq elm ocağının rəhbəri, akademik titulu
daşıyan şəxs nalayiq sözləri deyib, telefonu qapatdı...
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 14 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR