Zakir Həsənov kursantlarla nahar etdi - - FOTO
Bizi izləyin

Sosial

Zakir Həsənov kursantlarla nahar etdi - - FOTO

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Quru Qoşunları Məktəbini ziyarət edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, nazir məktəbin rəhbərliyi və burada təhsil alan azərbaycanlı kursantlar ilə görüşüb.

Müdafiə naziri məktəbin fəaliyyəti və buradakı təlim-tədris prosesi barədə ətraflı məlumatlandırılıb. Nazir kursantlarımızın hazırlıq səviyyəsi ilə maraqlanıb və onlara öz tövsiyələrini verib.

Görüşdən məmnunluğunu ifadə edən general-polkovnik Z.Həsənov ölkələrimizdə ordu quruculuğu prosesində hərbi təhsil ocaqlarının rolunu xüsusi vurğulayıb.

Sonda Azərbaycan nümayəndə heyəti kursantlarla birgə nahar edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm