Ölkə mediasına “küçük” deyən DİREKTOR: "Fikrimdə qalıram"
Bizi izləyin

Sosial

Ölkə mediasına “küçük” deyən DİREKTOR: "Fikrimdə qalıram"

Jurnalistlərlə bağlı dediyim fikirlərin üzərində dururam, təkzib də etmirəm. Sözlərimi geri də götürməyəcəm.

Bu sözləri Kult.az-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru, professor Ramiz Məmmədov Modern.az saytına verdiyi açıqlamada ölkə mediasında çalışan bütün jurnalistləri təhqir etməsi, jurnalistləri “bezdarnı”, savadsız adlandırmasından danışarkən deyib.

Azərbaycanda bir dənə də olsun savadlı jurnalist olmadığını deyən professor bildirib ki, onu ölkə mediasında çalışanları təhqir etməyə elə jurnlaistlər özləri vadar edib. Təhqirlə danışan AMEA direktoru onu bu həddə çatdıran jurnalisti günahkar görüb: “Açıqlama alırsız, sonra təhrif edirsiz. Konkret sizi nəzərdə tutmuram, yəni çoxu təhrif edir. Mənim fikrimi öz istədikləri şəkildə qələmə alırlar. Saytlardan biri yazmışdı ki, guya mən açıqlama vermişəm ki, bundan sonra Azərbaycana ümumiyyətlə, qar yağmayacaq. Bu qədər yalan olar? Bu mənim fikrimi təhrif etməkdir, mövzunu bilməməkdir, savadsız yanaşmadır”.

Hüquqşünas Səməd Vəkilov Kult.az-a açıqlamasında bildirib ki, R.Məmmədov təhqirə yol verdiyi üçün məsuliyyətə cəlb edilə bilər: “Ramiz Məmmədovun açıqlamasında təhqir var və bu bütünlükdə Azərbaycan jurnalistikasına şamil edilib. Ölkədə jurnalistika ilə məşğul olan hər bir kəs təhqir olunduğuna görə fərdi qaydada da məhkəməyə müraciət edə bilər. Ancaq Mətbuat Şurası və Prezident Yanında KİV-ə Dövlət Dəstəyi Fondu bu məsələyə mütləq münasibət bildirməlidir. Həmçinin hər iki qurum təhqirə görə AMEA direktorunu məhkəməyə verməlidir. Hesab edirəm ki, professor Ramiz Məmmədov təcili olaraq jurnalistlərdən üzr istəməlidir ki, məsələ hüquqi müstəviyə keçməsin”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm