Güzəştli mənzillər belə olacaq
Bizi izləyin

Sosial

Güzəştli mənzillər belə olacaq

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi – Yasamal Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olunub.

MİDA-dan Publika.az-a verilən məlumata görə, Yasamal Yaşayış Kompleksinin mənzilləri 2 növ təmir ilə təmin edilir. Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir. Bütün mənzillərin təmirində yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunur və aparılan təmirin keyfiyyətinə ciddi nəzarət edilir.

Yaşayış kompleksinin bütün mənzilləri tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif ediləcək. Güzəştlə satılacaq bu mənzillər mətbəx mebeli ilə birlikdə təhvil veriləcək. Bununla yanaşı, bütün mənzillər kombi isitmə sistemi ilə, habelə su, qaz və işıq sayğacları ilə təmin edilir. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilir.

Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin hər bir mənzilinin texniki göstəriciləri, təmiri və istifadə olunan inşaat materialları, habelə kompleksin baş planı və ərazisində yaradılan infrastruktur barədə daha ətraflı məlumat www.yasamal.mida.az internet səhifəsində təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq, Agentlik tərəfindən Yasamal Yaşayış Kompleksinin ilk mənzillərinin satışına hazırlıq məqsədilə görülən işlər çərçivəsində təqdim olunub.

Təmiri başa çatdırılmış ilk mənzillərin görüntülərini təqdim edən video-çarx ilə www.mida.gov.az internet-saytının ana səhifəsində “təmir nümunələri” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm