Soydaşımıza BP-də yüksək vəzifə verildi
Bizi izləyin

Sosial

Soydaşımıza BP-də yüksək vəzifə verildi

2018-ci il mayın 1-dən BP-nin Avstraliya üzrə yeni vitse-prezidenti səlahiyyətlərinin icrasına başlayacaq.

BP Azərbaycan-dan Publika.az-a verilən məlumata görə, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu, həmçinin Şimali Afrika və Yaxın Şərq bölgəsi üzrə planlaşdırma və kommersiya əməliyyatlarına rəhbərlik edən Emil İsmayılov may ayının 1-dən etibarən BP-nin Avstraliya üzrə vitse-prezidenti təyin olunub.

Emil İsmayılov yeni vəzifədə BP-nin Avstraliyadakı bütün Apstrim (kəşfiyyat və hasilat) biznesinə rəhbərlik edəcək və BP-nin Asiya Sakit Okean regionu üzrə rəhbər qrupunun üzvü olacaq.

Emil neft və qaz sənayesində 19 ildən artıq təcrübəyə malikdir. Bu müddət ərzində o BP-nin Bakı, Aberdin və London ofislərində müxtəlif vəzifələrdə çalışıb, bir sıra layihə və birgə müəssisələrlə bağlı işlərə və biznes danışıqlarına başçılıq edib.

Emil İsmayılov Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və hüquq fakültəsinin məzunudur.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz (Gary Jones) bildirib ki, Emil BP-nin regiondakı biznesinin uğuruna böyük töhfələr verib:

“Bunun üçün ona çox təşəkkür edirik. Bir peşəkar azərbaycanlı kadrın belə yüksək beynəlxalq vəzifəyə təyin olunması çox sevindirici haldır. Emilə BP-dəki davamlı karyerasında yeni uğurlar diləyirik!”

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm