• USD 1,7000 0,00% EUR 1,8580 0,00%
    • GBP 2,0761 0,00% RUB 0,0238 0,00%

İtkin şəxslərlə bağlı qanun qəbul edildi

İtkin şəxslərlə bağlı qanun qəbul edildi

“Azərbayca Respublikasının dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Publika.az xəbər verir ki, qanun layihəsi barədə məlumat verən millət vəkili Əli Hüseynli qanunun daktiloskopik və genetik məlumat əsasında insan şəxsiyyətinin eyniləşdirilməsinə xidmət etdiyini bildirib:

“Qanun layihəsi itkin düşmüş şəxslərin axtarışı, naməlum meyitə əsasən insan şəxsiyyətinin müəyyənləşdirilməsi, şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətində olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi, cinayət və inzibati xətaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması məqsədilə istifadə ediləcək”.

Millət vəkili bildirib ki, qanun layihəsi məhkəmələr, prokurorluq orqanları, ibtidai istintaq, əməliyyat axtarış tədbirləri, miqrasiya orqanları daktiloskopik məlumatlardan istifadə edə biləcək.

Qanun ətrafında müzakirələrdə iştirak edən millət vəkilləri qanunun cinayətkarların aşkar edilməsinə yüksək səviyyədə dəstək verəcəyini bildirib.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR