• USD 1,7000 0,00% EUR 1,8580 0,00%
    • GBP 2,0761 0,00% RUB 0,0238 0,00%

Azərbaycanda yeni universitet yaradılsın, çünki... - Millət vəkilindən TƏKLİF

  • Sosial
  • 3 Aprel 2018 14:38
  • 504 Baxış
Azərbaycanda yeni universitet yaradılsın, çünki... - Millət vəkilindən TƏKLİF

“Tibbi sığorta məsələsi insanları narahat edir. Fikrimcə, əmək müqaviləsi ilə bağlı məsələ hüquqi müstəvidə çözülməzsə, tibbi sığorta probleminin də həllini gözləmək real deyil”.

Publika.az-ın xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında “Tibbi sığorta haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.

Millət vəkili Tibb Universitetinə alternativ müəssisənin yaradılmasını təklif edib:

“Ölkədəki tibb təhsilinin vəziyyəti xeyli aşağıdır, özümüzü aldatmayaq. Təklif edirəm ki, ayrıca bir təhsil müəssisəsi açılsın Türkiyədən gələn mütəxəssislər həkim yetişdirsin. Rəqabət mühiti yaransın ki, tibb təhsili inkişaf etsin”.

F.Mustafa icbari tibbi sığortanın bütün Azərbaycan ərazisində tətbiq edilməli olduğunu deyib:

“Başa düşürəm ki, sahibkarların problemləri var. Lakin dövlət də bu məsələyə dəstək göstərməlidir. Bayaq mən medallar haqqında çıxış edərkən millət vəkilləri etiraz etdi, lakin bir sıra filmlərdə rol almış Ənvər Həsənov Əməkdar artistdir. Bütün toy müğənniləri Əməkdar və ya Xalq artistidir. Bu gün Azərbaycan kinosunun korifeyinin heç bir titulu yoxdur, məcburi tibbi sığortası da yoxdursa, o müalicə ala bilmir. Bizə bu mövzuda müraciətlər olur. İcbari tibbi sığorta ilə bağlı məsələni bütün ölkədə tətbiq etməliyik ki, vətəndaş ən azından bir az gec ölsün. Bu gün qurumlar anlamalıdır ki, vətəndaş tibb xərclərini ödəmək iqtidarında deyil. İmkanı olanlar Türkiyəyə, İrana gedir. Gedə bilməyənlər evində sakitcə ölür. Hər yanda dərmanların pulsuz olduğu yazılır, bir çox tibb müəssisələrində dərman tapılmır. Bu tək nazirliyin günahı deyil. Bu məsələni həll etmək lazımdır”.

Millət vəkili Əhliman Əmiraslanov Fazil Mustafanın tibb təhsili ilə bağlı fikirlərinə cavab verib:

“Bu fikirləri söyləyəndə bunu əsaslandırmağa çalışın. Tibb təhsilində alternativ müəssisə var. Bilmirsinizsə, öyrənin. Bir dəfə Tibb Universitetinə gedib kadr potensialı ilə maraqlanın. Bilmədiyiniz mövzuda xahiş edirəm ehtiyatla danışın. Bu gün Ağdaş rayonunda da icbari tibbi sığorta ilə bağlı pilot layihə həyata keçiriləcək. Bu işlərin aparılması heç də ləng həyata keçirilmir”.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR