Ötən gün dünyasını dəyişən məşhur həkim kimin qızıdır?
Bizi izləyin

Sosial

Ötən gün dünyasını dəyişən məşhur həkim kimin qızıdır?

Ötən gün gənc yaşda dünyasını dəyişən tanınmış mama-ginekoloq Səbinə Mirzəyevanın tanınmış ailədən olduğu məlum olub.

O, “Azərsutikinti" xəstəxanasının baş həkimi Elman Səməd oğlu Mirzəyevin qızıdır. Ötən gün evində insult keçirərək, işlədiyi xəstəxanaya çatdırılana qədər dünyasını dəyişən cərrah mama-ginekoloq Səbinə Mirzəyeva 40 yaşının içində idi.

1978-ci il doğumlu S.Mirzəyeva 2001-ci ildə ATU-nu bitirib, 2001-2003-cü illərdə Milli Onkologiya Mərkəzində cərrah onkoginekoloq kimi fəaliyyət göstərib.

2003-2012-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında cərrah mama-ginekoloq işləyib.

2012-ci ildə Almaniyanın Hamburq şəhərində təcrübə keçib.

Dünyanın müxtəlif ölkələrində işlədiyi sahəyə aid diplom və sertifikatlar alıb.

Allah rəhmət eləsin! (axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm