Sosial
"Uşaqlarını döyüb, evdə ac qoydular" - Valideynlərdən İNSANLIĞA SIĞMAYAN HƏRƏKƏT - - FOTO/VİDEO
Valideyn məsuliyyətsizliyi nəticəsində yaşanan ailə faciələrinin qurbanları çox vaxt uşaqlar olur.
Belə hallardan daha biri Bakıda yaşanıb. Paytaxtda 3 uşaqlı ailədə valideynlərin övladlarına verdiyi əzab uşaqlardan birinə təsadüfən küçədə bir xanımın rastlaması ilə üzə çıxıb.
Xədicə Mahirova hadisəni belə şərh edir: “Bacım işdən gələrkən , balaca bir oğlanın ağladığını görüb, səbəbini öyrənmək üçün küçədəki adamlardan maraqlanıb. Qonşular deyib ki, uşağın anası hər gün onu və iki bacısını evdə qoyub harasa gedir. Uşaqlara baxmır, yemək belə vermir, çimizdirmir, artıq uşaqların başlarında bit var. Gedib evə baxanda gördük ki, qapını iplə bağlayıb, peçi söndürüb, uşaqları yeməksiz qoyub gediblər”.
Qeyd edək ki, ananın məsuliyyətsizliyindən savayı, ata da
uşaqlarını döyür. Bunu uşaqların üzündəki izlərdən də aydın görmək
olur.
Xədicə xanım məsələni dərhal ictimailəşdirərək, “Təmiz Dünya”
Qadınlara Yardım İctimai Birliyinə müraciət edib. Daha sonra
uşlaqların valideynlərinə məlumat verilib. Valideynlər isə
cavabında uşaqları çoxdan uşaq evinə vermək istədiklərini deyiblər.
Bir sözlə uşaqların sığınacağa verilməsi valideynlərin lap
ürəyindən olub.
“Təmiz Dünya” İctimai Birliyindən Femida.az-a bildiriblər ki,
hazırda uşaqların məlumatları ilə bağlı dəqiqləşdirmə işləri
aparılır. Daha sonra mətbuata geniş məlumat veriləcək.
Birliyin rəhbəri Mehriban Zeynalova isə "facebook" hesabında
məsələni belə şərh edib:
“Balacalar valideynləri tərəfdən döyülüblər. Ata-ana uşaqları evdə
ac saxlayıb. 2-3 gündür ki, uşaqlar acdırlar. Balacaların üzündə
yara izləri var və ailələri imtina etdiklərini bildiriblər. Uşaqlar
artıq sığınacaqdadılar”.
Qeyd edək ki, uşaqların foto və videoları sosial şəbəkələrdə
yayımlandıqdan sonra bir çox insan onları övladlığa götürmək
istədiyini də bildirib. Baş çəkmək və yardım etmək istəyən hər kəs
sığınacağa gedə bilərlər.
(femida.az)
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?