Yol polisi süpürgəçilər üçün xüsusi geyimlər payladı - VİDEO
Bizi izləyin

Sosial

Yol polisi süpürgəçilər üçün xüsusi geyimlər payladı - VİDEO

Bu gün Suraxanı Rayon İcra Hakimiyyətində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Suraxanı Rayon DYP Şöbəsi əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

Avtosfer.az xəbər verir ki, tədbirdə rayon ərazisində fəaliyyət göstərən 100-ə yaxın kommunal-təsərrüfat birliyi işçilərinə xüsusi jiletlər təqdim olunub. Həmin jiletlər şəhərin küçələrində kommunal-təsərrüfat işləri ilə məşğul olan, küçələri süpürən və təmizləyən işçilər üçün nəzərdə tutulub.

Təxminən 500-ə yaxın jilet Bakı şəhərini əhatə edən rayonlarda fəaliyyət göstərən təmizlik işçilərinə veriləcək. Jiletlərin işıqqaytarma funksiyası var. Həmçinin 3 rejimdə xüsusi batareya ilə işləyir.

Qeyd edək ki, keçən həftə aeroport yolunda süpürgəçi Cəmilə Salahova yol süpürərkən “KamAZ”la vurularaq ölüb.

***

Paytaxtda küçələrdə təmizlik işləri aparan şəxslər üçün yeni geyim hazırlanıb. Geyimlər bu gündən artıq həmin şəxslərə paylanacaq.

Bu barədə Publika.az-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı Suraxanı rayon İcra Hakimiyyətində tədbir keçiriləcək, yeni geyimlər təmizlik işçilərinə paylanacaq:

“Yol kənarında işləyən şəxslərin avtomobillə vurulması bizi narahat edən məsələdir. Buna görə də Daxili İşlər Nazirliyinin rəhbərliyinin sifarişi ilə bu geyimlər hazırlanıb. Geyimlər magistral yollarda, küçə və prospektlərdə təmizlik işləri aparan şəxslərə veriləcək”.

V.Əsədov bildirib ki, geyimlərin əsas üstünlüyü üzərində xüsüsi işıq qaytarıcılarının olmasıdır.

“Bu da kənarda sürücülərin diqqətini cəlb edəcək. İlk mərhələdə 500 nəfərə yeni geyimlər paylanılacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm